Qazaxıstan bu il tranzit daşımalarını 55 milyon tona çatdırmağı planlaşdırır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Astana, 25 aprel, AZƏRTAC
Qazaxıstan bu il tranzit daşımalarını 55 milyon tona çatdırmağı planlaşdırır.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, keçirilən səyyar müşavirədən sonra hökumətin bu hədəfə çatmaq üçün verdiyi göstərişin icrasını təmin etmək üçün tapşırıqlar verilib.
Nazirliyin rəhbərliyi Almatıda əsas tranzit və logistika layihələrini yoxlayıb. Altınkol-Jetigen dəmir yolu hissəsinin modernləşdirilməsi, Almatı stansiyası ətrafında dolama dəmir yolu xəttinin tikintisi, Jetisu terminalı layihəsi və Almatı-1 stansiyasının yenidən qurulması işləri nəzərdən keçirilib.
Müşavirədən sonra layihənin icra müddətlərinin təmin edilməsi və iş tempinin artırılması üzrə tapşırıqlar verilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 25 Aprel 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















