Icma.az
close
up
RU
Qazaxıstan COP29a fəal şəkildə hazırlaşıb Nazir müavini

Qazaxıstan COP29a fəal şəkildə hazırlaşıb Nazir müavini

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayevdir.

O Trend-ə açıqlamasında bildirib ki, Qazaxıstan COP29-a fəal şəkildə hazırlaşıb.

"Bizim üçün Azərbaycan yaxın qardaş ölkədir. Qazaxıstanın Azərbaycana böyük hörməti var və bu hörmət qarşılıqlıdır. Biz tərəflər konfransına xüsusi səylə hazırlaşmışıq. Nazirimiz Qazaxıstan pavilyonunu gözəl və maraqlı etmək üçün bizə tapşırıq verib. Biz elə şərait yaratmaq istəyirdik ki, Bakıya gələn qonaqlar möhtəşəm pavilyonlardan, milli ləzzətdən zövq alsınlar", - o bildirib.

Nazir müavini qeyd edib ki, 2023-cü ilin fevralında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq strategiyasını imzalayıb. Onun sözlərinə görə, bu, ciddi səy tələb edən iddialı işdir.

O xatırladıb ki, Dubayda keçirilən COP28 zamanı Qazaxıstan Qlobal Metan Müddəası üzrə öhdəliklər götürüb.

"1990-cı ildən 2021-ci ilə qədər biz metan emissiyalarını 2,5 dəfədən çox azaltmağa nail olduq. Metan təşəbbüsünə qoşulmaqla biz neft şirkətlərimizin metan emissiyalarının azaldılmasında fəal ola bilməsi üçün əlavə vəsait cəlb etməyi gözləyirik", - o bildirib.

Oşurbayev qeyd edib ki, karbon neytrallığına can atan ölkələr bu məqsədə nail olmaq üçün fəal işləməlidir.

"Ümid edirik ki, maliyyə məsələləri burada, Bakıda həll olunacaq. Hamımızın toplaşdığı əsas məqsəd milli planların və təşəbbüslərin həyata keçirilməsi üçün maliyyə təmin etməkdir", - o əlavə edib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri