Qazaxıstan COP29da metan emissiyalarının azaldılması planlarını təqdim edib
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkənin Bakıda keçirilən COP29 iqlim konfransında iştirakı ilə bağlı məlumat verib.
AZƏRTAC xəbər verir ki, nazirliyin məlumatına görə, Qazaxıstan nümayəndə heyəti metan və qeyri-CO2 istixana qazları üzrə sammitdə iştirak edib.
Nümayəndə heyətinə Qazaxıstan Respublikasının Prezidentinin müşaviri, beynəlxalq ekoloji əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova, eləcə də ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev rəhbərlik ediblər.
Zülfiyyə Süleymenova çıxışında Qazaxıstanın metanla bağlı normativ aktların işlənib hazırlanmasını başa çatdırmaq planları barədə məlumat verib.
Onun sözlərinə görə, ölkə qeyri-təsadüfi metan emissiyalarını azaltmağa və neft-qaz sektorunda sızmaların aşkar edilməsi və aradan qaldırılması sistemini təkmilləşdirməyə çalışır.
Zülfiyyə Süleymenova onu da qeyd edib ki, metan emissiyalarının azaldılması üzrə Milli Proqramın işlənib hazırlanmasının başa çatdırılması 2025-ci ilə planlaşdırılıb.
Metan və qeyri-CO2 istixana qazları üzrə sammit Azərbaycan, ABŞ və Çin tərəfindən noyabrın 12-də COP29 çərçivəsində təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Noyabr 2024 02:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















