Qazaxıstan konstitusiyasına dəyişikliklər ediləcək
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Parlament islahatlarının bir hissəsi olaraq Konstitusiyaya bir çox düzəlişlər edilə bilər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım Jomart Tokayev deyib. Tokayev deputatların sayının artırılmasını da mümkün hesab edib:
"Deputatların sayının əhaliyə mütənasib olması ilə bağlı fikirlər var. Əgər buna bu baxımdan yanaşsaq, onların sayı 200 nəfərə çatacaq. Hazırda ikipalatalı parlamentdə 148 deputat var. Parlament islahatı sadəcə iki palatanın birləşdirilməsi demək deyil. Mənim fikrimcə, deputatların sayını çox artırmağa ehtiyac yoxdur. Əksinə, optimallaşdırılmalıdır".
Tokayev, "Qanunvericilik orqanı ixtisaslı və təcrübəli mütəxəssislərlə, yəni öz işinin ustaları ilə doldurulmalıdır. Bir sözlə, həqiqətən peşəkar bir parlament yaratmalıyıq. Yeni komitələrin yaradılması məsələsini nəzərdən keçirməliyik. Hesab edirəm ki, rəqəmsallaşdırma və regional inkişafla məşğul olan ayrıca komitələrin olması məqsədəuyğundur. Bu məsələlər xüsusi işçi qrupu tərəfindən diqqətlə öyrəniləcək", - deyə qeyd edib.
Prezident deyib ki, parlament islahatlarının bir hissəsi olaraq Konstitusiyaya çoxlu düzəlişlər ola bilər.
Cavid
Bu mövzuda digər xəbərlər:Naxçıvan Konstitusiyasına dəyişikliklər PARLAMENTDƏ
12 İyun 2025 19:55
Qazaxıstan Qırğızıstan sərhədində elektron növbə tətbiq ediləcək
22 Avqust 2025 23:39
Milli Məclisdə Naxçıvan Konstitusiyasına dəyişikliklər müzakirə olunub
21 İyun 2025 14:19
Naxçıvan Konstitusiyasına yeni maddələr əlavə ediləcək
20 İyun 2025 12:49
KİV: Polşalı mütəxəssis Qazaxıstan millisinin baş məşqçisi təyin ediləcək
07 Oktyabr 2025 15:36
Baxış sayı:86
Bu xəbər 28 Noyabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















