Icma.az
close
up
RU
Qazaxıstan mətbuatı Azərbaycan Prezidentinin çıxışından sitat gətirir AZƏRTAC

Qazaxıstan mətbuatı Azərbaycan Prezidentinin çıxışından sitat gətirir AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Astana, 6 yanvar, AZƏRTAC

Qazaxıstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “AZAL” sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşündə çıxışını işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “Tengrinews.kz” Azərbaycan Prezidentinin Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı təqsirkarların cəzalandırılması tələbi ilə çıxış etdiyini və ictimaiyyətin araşdırmanın ilkin nəticələrini tezliklə öyrənəcəyini bəyan etdiyini yazır.

“Kaztag.kz” nəşri dövlət başçısının sözlərinə istinadən yazır ki, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının həlak olmasına görə məsuliyyət Rusiya Federasiyasının nümayəndələrinin üzərinə düşür. “Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, biz tam şəffaflıq və insani davranış tələb edirik”, – deyə nəşr Prezidentin sözlərini çatdırır.

“Zakon.kz” Prezident İlham Əliyevə istinadla təyyarənin “qara qutu”larının açılmasına başlanılması və fəlakətə görə günahkarların məsuliyyətə cəlb edilməsi tələbi ilə bağlı məlumat yayıb.

“Orda.kz” nəşri Azərbaycanın dövlət başçısının Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”larının açılmasında iştirakına qəti etirazı ilə bağlı sözlərinə istinadən qəzaya uğramış təyyarənin “qara qutu”larının Braziliyada deşifrə edilmə səbəbini izah edib.

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən “AZAL”ın sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Yanvar 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri