Icma.az
close
up
RU
Qazaxıstan nefti üçün Transxəzər marşrutunun aktuallığı artır

Qazaxıstan nefti üçün Transxəzər marşrutunun aktuallığı artır

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) nasos stansiyasına pilotsuz uçuş aparatı (PUA) hücumu Qazaxıstan neftinin ixrac marşrutlarının diversifikasiyasını yenidən gündəmə gətirib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bu barədə açıqlamasında Xəzər regionunun neft-qaz layihələri üzrə qazaxıstanlı ekspert Nurlan Jumaqulov bildirib.

Onun sözlərinə görə, ixrac marşrutlarının şaxələndirilməsi Qazaxıstan üçün milli təhlükəsizlik məsələsidir:

“Obyektiv yanaşsaq, CPC-nin obyektlərinə zərbə Rusiyadan (neftin yalnız 15 %-i bu boru kəməri ilə nəql olunur) daha çox Qazaxıstanın iqtisadiyyatı üçün təhlükə yaradır. Bu boru kəməri olmadan ölkədə neft hasilatının gələcək inkişafını təsəvvür etmək çətindir”.

O xatırlatdı ki, CPC Qazaxıstan neftinin ixracının 80 %-ni təşkil edir və gələcəkdə "Tengiz"dən neft həcminin artması hesabına bu rəqəm 85 %-ə çatmalıdır.

Ekspert xatırladıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki il əvvəl həmçinin “Tengiz” layihəsinin investorlarının cəlb edilməsini nəzərə alaraq Transxəzər marşrutunun inkişaf etdirilməsi barədə göstəriş verib. Lakin bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş yoxdur.

N.Jumaqulov əlavə edib ki, “KazMunayQaz” Xəzər vasitəsilə Bakı və Mahaçqalaya neft tədarükünü artırsa da, həcmlər hələlik əhəmiyyətli deyil və Mahaçqalaya göndərilən neftin miqdarı Bakıya nisbətən daha çoxdur. Qazaxıstanlı ekspert Azərbaycana çıxışı ilə Transxəzər istiqamətinin reallaşdırılmasında kifayət qədər irəliləyişin olmamasını vurğulayıb.

Bundan başqa, ekspert xatırladıb ki, Prezident Tokayevin Atırau vilayətində böyük neft anbarının tikintisi ilə bağlı göstərişi hələ icra olunmayıb. Onun fikrincə, belə anbarların mövcudluğu PUA hücumundan zərər çəkmiş nasos stansiyasının bərpası dövründə hasilata təsirin minimuma endirilməsinə kömək edə bilər.

Qazaxıstan Energetika Nazirliyi isə bildirib ki, CPC rəhbərliyi hücumdan sonra Qazaxıstan neftinin qəbuluna məhdudiyyət tətbiq edilməsi barədə rəsmi bəyanat verməyib. Nazirliyin məlumatına görə, 2024-cü ildə CPC sistemi vasitəsilə 55 milyon ton Qazaxıstan nefti nəql edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Fevral 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri