Icma.az
close
up
RU
Qazaxıstan neftinin dünya bazarına yolu Azərbaycandan keçir

Qazaxıstan neftinin dünya bazarına yolu Azərbaycandan keçir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Qazaxıstanın Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətində yaranan qeyri-sabitlik fonunda Azərbaycan üzərindən alternativ ixrac marşrutlarına diqqəti artırması, ilk növbədə, iki ölkənin enerji nəqli sahəsində əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir.

Burada söhbət CPC-ni əvəz etməkdən deyil, Qazaxıstanın neft ixracının marşrutlarının şaxələndirilməsindən gedir. Məlumdur ki, Qazaxıstanın neft ixracında CPC əsas marşrut olaraq qalır. 2025-ci ildə ölkə ümumilikdə 78,7 milyon tona yaxın neft ixrac edib, CPC vasitəsilə daşınan Qazaxıstan neftinin həcmi isə təxminən 63 milyon ton təşkil edib. Bu rəqəmlər göstərir ki, hazırkı mərhələdə heç bir alternativ marşrutun CPC-nin miqyasını qısa müddətdə əvəzləməsi real deyil.

Bununla yanaşı, son illərin statistikası Azərbaycan istiqamətinin Qazaxıstan üçün tədricən daha mühüm alternativə çevrildiyini göstərir. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə nəqli 2023-cü ildə təxminən 1,06 milyon ton, 2024-cü ildə 1,4 milyon ton, 2025-ci ildə isə təxminən 1,3 milyon ton təşkil edib. 2026-cı ilin ilk yarısında isə bu göstərici artıq 704 min tona çatıb. Bu ilin qalan hissəsində də oxşar temp saxlanılarsa, əvvəlki illə müqayisədə artım üçün imkan olduğunu göstərir.

Əslində, bu dinamika Azərbaycanın infrastrukturunun Qazaxıstan üçün əhəmiyyətini daha aydın göstərir. BTC-nin layihə üzrə ötürücülük gücü ildə 60 milyon ton, yaxud gündə 1 milyon barrel neft təşkil edir. 2025-ci ildə isə kəmərlə təxminən 27 milyon ton neft nəql olunub. Başqa sözlə, BTC-nin mövcud imkanları hələ tam istifadə edilmir və kəmərin əlavə tranzit həcmlərini qəbul etmək üçün müəyyən potensialı qalır.

Üstəlik, BTC artıq yalnız Azərbaycan neftinin ixracı üçün istifadə olunan infrastruktur deyil. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında BTC ilə 26,8 milyon ton neft nəql edilib və bunun 4,9 milyon tonu Türkmənistan və Qazaxıstan mənşəli neft olub. Bu da Azərbaycan ərazisində formalaşmış ixrac infrastrukturunun regional xarakterini və Xəzəryanı ölkələrin neftinin dünya bazarlarına çıxarılmasında rolunu göstərir.

Burada Azərbaycanın üstünlüyü yalnız BTC ilə məhdudlaşmır. Qazaxıstan neftinin Xəzər dənizi vasitəsilə Aktau limanından Azərbaycana gətirilməsi və daha sonra BTC sisteminə daxil edilməsi imkanları mövcuddur. Eyni zamanda Bakı-Supsa istiqamətinin də alternativ marşrut kimi nəzərdən keçirilməsi Azərbaycanı Qazaxıstan üçün daha çevik tranzit tərəfdaşa çevirir.

Hesab edirəm ki, bu prosesə uzunmüddətli perspektivdən baxmaq lazımdır. CPC-nin fəaliyyəti tam sabitləşsə belə, Qazaxıstanın Azərbaycan istiqamətinə marağının aradan qalxacağını düşünmək düzgün olmazdı. Çünki son illərin təcrübəsi göstərir ki, enerji ixracında yalnız bir əsas marşrutdan asılılıq müəyyən risklər yaradır. CPC-nin fəaliyyətində texniki, hava şəraiti və təhlükəsizlik amilləri ilə bağlı yaranan məhdudiyyətlər Qazaxıstanı alternativ logistika imkanlarını əvvəlcədən formalaşdırmağa sövq edir. 2026-cı ilin iyul-avqust aylarında CPC üzrə yükləmələrdə yaranan fasilələr də bu məsələnin aktuallığını yenidən ortaya qoyub.

Bu baxımdan BTC-nin əhəmiyyətini onun CPC-ni əvəz edib-etməməsi ilə deyil, Qazaxıstana əlavə ixrac imkanının yaradılması ilə qiymətləndirmək daha doğrudur. Məsələn, ildə 2 milyon ton səviyyəsində əlavə marşrut belə Qazaxıstanın ümumi ixracı fonunda böyük həcm deyil. Lakin fövqəladə vəziyyətlər zamanı məhz belə alternativ həcmlər ixracın tam dayanmasının qarşısını almaq baxımından mühüm rol oynaya bilər.

Digər tərəfdən, Azərbaycan üçün də bu əməkdaşlıq yalnız tranzit gəlirləri məsələsi deyil. Azərbaycan öz ərazisindən keçən enerji dəhlizlərinin yüklənməsinin artırılması hesabına ölkənin regional enerji və nəqliyyat mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Gələcəkdə Azərbaycan–Qazaxıstan əməkdaşlığının yalnız hazırkı neft tranziti ilə məhdudlaşmaması da mümkündür. Xəzər üzərindən neft daşımalarının artırılması, Aktau və Azərbaycan limanlarının imkanlarının genişləndirilməsi, BTC və Bakı-Supsa kimi mövcud kəmərlərin daha səmərəli istifadəsi iki ölkənin enerji-logistika əlaqələrini daha da möhkəmləndirə bilər.

Nəticə etibarilə, Qazaxıstanın Azərbaycan istiqamətinə marağının artmasını müvəqqəti və yalnız CPC-dəki problemlərlə bağlı qərar kimi qiymətləndirmək düzgün olmazdı. Hazırkı vəziyyət bu prosesə əlavə stimul verir, lakin Azərbaycan və Qazaxıstan arasında enerji nəqli sahəsində formalaşan əməkdaşlığın daha uzunmüddətli strateji məzmunu var.

Azərbaycanın əsas üstünlüyü isə ondan ibarətdir ki, ölkə artıq Xəzərdən Aralıq dənizinə qədər uzanan formalaşmış enerji nəqli infrastrukturuna malikdir. Buna görə də qarşıdakı dövrdə Azərbaycan–Qazaxıstan əməkdaşlığında əsas istiqamət CPC-nin əvəzlənməsi deyil, alternativ ixrac marşrutlarının imkanlarının genişləndirilməsi və iki ölkənin enerji-logistika sistemlərinin daha sıx əlaqələndirilməsi olacaq.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Avqust 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri