Qazaxıstan Prezidenti: Çini Xəzər vasitəsilə Avropa ilə birləşdirən layihəyə başlanılır
Icma.az, Yenicag portalına istinadən məlumat verir.
Çini Xəzər dənizi vasitəsilə və daha sonra Avropa bazarları ilə birləşdirən genişmiqyaslı avtomobil yolu layihəsinin həyata keçirilməsinə başlanılır. Əminəm ki, Qazaxıstanın nəqliyyat infrastrukturunun genişmiqyaslı modernləşdirilməsi bütün regionun tranzit rolunun artırılmasına töhfə verəcək. Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi əhəmiyyət verilir. Nəqliyyat infrastrukturumuz onun uğurunu əyani şəkildə nümayiş etdirir. Bu, bizim tez-tez Orta Dəhliz adlandırdığımız marşrutdur.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
“Rusiya ilə əməkdaşlıq çərçivəsində “Şimal-Cənub” marşrutu Qazaxıstan üçün xüsusilə aktualdır. Dünya Bankının hesablamalarına görə, əgər bütün qurulmuş infrastruktur layihələri həyata keçirilərsə, Xəzər dənizi vasitəsilə yükdaşımalar 2040-cı ilə qədər dörd dəfə arta bilər.
Hesab edirəm ki, Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası ekspertlər səviyyəsində müzakirə oluna, mövcud potensialı genişləndirə və bütün ölkələrimizin uzunmüddətli maraqlarına xidmət edə bilər”, – deyə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 08 Oktyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















