Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə nəticələnən faciə barədə kədərli xəbəri dərin təəssüf hissi ilə qarşıladım.
Kədərinizi bölüşərək həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu ağır itki bizim hamımızın ortaq kədəridir. Yaralananların tezliklə sağalmalarını diləyirəm.
Əminəm ki, qardaş Azərbaycan xalqı özünəməxsus mətanəti və cəsarəti ilə bu çətin sınaqdan çıxacaqdır.
Hörmətlə,
Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının birinci Prezidenti

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən
01 Aprel 2025 21:28
Qazaxıstan Respublikasının Prezidenti KasımJomart Tokayevdən AZƏRTAC
25 Dekabr 2024 20:27
Qazaxıstan Respublikasının Prezidenti KasımJomart Tokayevdən
23 Dekabr 2024 17:58
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən AZƏRTAC
14 Noyabr 2024 12:27
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan AZƏRTAC
29 Dekabr 2024 19:35

