Qazaxıstan Rusiya Ukrayna danışıqlarını təşkil etməyə hazırdır
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Qazaxıstan Rusiya ilə Ukrayna arasında münaqişənin həlli üçün tərəflərdən müraciət daxil olacağı təqdirdə təcili danışıqlar təşkil etməyə hazır olduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi “RİA”ya bildirib.
Nazirlikdən qeyd edilib ki, Astana böhranın dinc, siyasi və diplomatik yollarla həllini ardıcıl şəkildə dəstəkləyir.
Bəyanatda vurğulanıb ki, tərəflərin istəyi olduğu halda Qazaxıstan danışıqların keçirilməsi üçün lazımi şərait və platforma təmin etməyə hazırdır. Rusiya və Ukraynadan müvafiq müraciət daxil olarsa, məsələ bütün təşkilati və texniki tələblər nəzərə alınmaqla dərhal nəzərdən keçiriləcək.
Qeyd edək ki, Türkiyə də sentyabrın 7-də Rusiya və Ukrayna arasında danışıqların keçirilməsinə vasitəçilik etməyə hazır olduğunu bildirib. Ankara İstanbulun tərəflər arasında birbaşa dialoq üçün effektiv platforma olaraq qaldığını vurğulayıb.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 07 Sentyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















