Qazaxıstan Rusiyanı Azərbaycanla əvəzləyir İxrac 4 dəfə artacaq
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstan enerji naziri Erlan Akkenjenov bildirib ki, ölkəsi neft ixracının əsas həcmlərini CPC (Caspian Pipeline Consortium) boru xətti ilə Rusiya üzərindən həyata keçirsə də, alternativ marşrutlar, xüsusilə Bakı–Tbilisi–Ceyhan (BTC) yolu üzrə ixracı artıracaq.
Bakupost.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, nazir BTC ilə neft ixracının artırılması üzrə planlarını açıqlayıb. O, bildirib ki, 2025-ci ildə BTC marşrutu ilə təxminən 1,3–1,4 milyon ton neft daşınıb. 2026-da isə təxminən bu rəqəmin 1,6–1,7 milyon ton olacağı gözlənilir.
Eyni zamanda, nazirin sözlərinə görə, müqavilə çərçivəsində bu marşrutla illik tranzit həcmi 2,2 milyon ton səviyyəsində nəzərdə tutulub və uzunmüddətli perspektivdə maksimum fiziki həcmlər 7 milyon tona qədər artırıla bilər. Bu faktiki ixracdan 4 dəfədən, müqavilədə nəzərdə tutulandan isə 3 dəfədən çoxdur. Yəni Rusiya kəməri ilə gedən həcmlərin bir hissəsi Azərbaycana yönələcək.
Nazir qeyd edib ki, bu addım Qazaxıstanın ixrac marşrutlarını diversifikasiya etmək strategiyasının bir hissəsidir və Azərbaycan tranziti vasitəsilə ixracın artması region üçün strateji əhəmiyyət daşıyır.
Qazaxıstan Rusiya tərəfdən ixracı nisbətən azaldaraq, Azərbaycanın tranzit imkanlarından daha çox istifadə etməyi planlaşdırır və BTC marşrutunu əsas alternativ kimi nəzərdə tutur.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Rusiyanı Afrikada Ukrayna əvəzləyir? Ekspert
20 Avqust 2026 08:30
ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanı ƏVƏZLƏYİR
14 Fevral 2026 12:51
Qazaxıstan millisində istefa: Çerçesovu azərbaycanlı baş məşqçi əvəzləyir
27 Yanvar 2025 13:47
Qazaxıstan Rusiyanı taxıl bazarından çıxardır?
10 Aprel 2026 14:27
Qazaxıstan Rusiyanı susdurdu ƏTRAFLI KONKRET
22 Oktyabr 2026 14:10
Baxış sayı:215
Bu xəbər 28 Yanvar 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















