Qazaxıstan səfirinə Ermənistanda “Dostluq” ordeni verildi
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın ölkəsindəki səfiri Bolat İmanbayevi qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mirzoyan Ermənistan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin davamlı inkişafına böyük töhfə verən dinamik siyasi dialoqu məmnunluqla qeyd edib. Bu kontekstdə yüksək səviyyəli qarşılıqlı səfərlərin gündəliyində duran məsələlərə də toxunulub.
Həmsöhbətlər iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar, bu kontekstdə avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyəti və regionda yaradılmış sülh və kommunikasiya şəbəkəsinin genişləndirilməsi vurğulanıb.
Ararat Mirzoyan Ermənistan-Qazaxıstan dostluq əlaqələrinin möhkəmlənməsi və inkişafında mühüm xidmətlərinə görə səfir Bolat İmanbayevi “Dostluq” ordeni ilə təltif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 15 Sentyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















