Qazaxıstan üçün Azərbaycan və Ermənistan qardaş ölkələrdir Tokayev
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Mən Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmaları münasibətilə səmimi-qəlbdən təbrik edirəm".
"Unikal" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
"Bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir.
Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.
Qarşıdurma və ciddi parçalanma xətləri ilə səciyyələndirilən bir dövrdə bu təcrübə göstərir ki, barışıq zəiflik deyil, güc deməkdir. Qazaxıstan üçün Azərbaycan və Ermənistan yaxın, qardaş ölkələrdir. Biz ölkəmizə göstərilmiş etimadı, o cümlədən sülh danışıqlarının mühüm mərhələsinin Almatıda keçirilməsini yüksək qiymətləndiririk. Bu, irəli getməyin yeganə yolunun dialoq olduğu ilə bağlı birgə inamımızın təzahürüdür", - deyə Tokayev qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 04 Fevral 2026 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















