Qazaxıstan universitetlərinin filialları açılacaq
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qırğızıstanda Qazaxıstan ali təhsil müəssisələrinin filialları açıla bilər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sözügedən məsələ Astanada Qazaxıstan və Qırğızıstanın baş nazirləri Oljas Bektenov və Adılbek Kasıməliyev arasında baş tutan görüşdə müzakirə edilib.
Tərəflər iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaların icrasının gedişatını nəzərdən keçiriblər.
Qeyd edək ki, ötən ilin yekunlarına əsasən, iki ölkə arasında qarşılıqlı ticarət göstəriciləri yenidən artaraq 1,7 milyard dollar təşkil edib.
Danışıqlar zamanı su və enerji sektorunda əməkdaşlığa xüsusi diqqət yetirilib.
Mədəni-humanitar əməkdaşlıq çərçivəsində bu il Qırğızıstanda Qazax Kino Günlərinin keçirilməsi planlaşdırılır və Qırğızıstan ərazisində Qazaxıstan ali təhsil müəssisələrinin filiallarının açılması məsələləri də müzakirə olunur.
Bundan əlavə, yeni turizm istiqamətlərinin inkişafı üzrə tədbirlər, o cümlədən transsərhəd ekomarşrutların yaradılması, aktiv turizm üçün infrastrukturun inkişafı, mehmanxana biznesinə investisiyaların cəlb edilməsi müzakirə edilən məsələlər sırasında yer alıb.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:ADPU da Qazaxıstan universitetlərinin rəhbərləri ilə görüş keçirilib
25 Sentyabr 2025 15:57
Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisinin rəsmi açılışı olub
04 Mart 2025 16:36
525 ci qəzet Bakıda Qazaxıstan universitetlərinin sərgisi keçiriləcək
26 Fevral 2025 15:44
Bölgələrdə dövlət universitetlərinin filialları çox azdır AÇIQLAMA
11 Sentyabr 2025 19:12
2 rayonda Qarabağ Universitetinin filialları açılacaq
10 Dekabr 2024 13:41
Baxış sayı:76
Bu xəbər 24 Fevral 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















