Qazaxıstan və Çin 15 milyard dollarlıq müqavilələr imzalayıb
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstan və Çin 15 milyard dollar məbləğində kommersiya sazişləri imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Qeyd olunur ki, yüzdən çox qazaxıstanlı və çinli şirkət İşgüzar Şuranın iclasının yekunları üzrə 70-dən çox kommersiya müqaviləsi imzalayıblar.
Sazişlər enerji, rəqəmsallaşdırma, tikinti, metallurgiya, telekommunikasiya, nəqliyyat və logistika kimi sahələri əhatə edir.
"Bu, çox yaxşı göstəricidir və əminəm daha da artacaq. Qazaxıstanda CNPC, CITIC, SINOPEC, HUAWEI kimi dünya miqyasında güclü korporasiyalar da daxil olmaqla, 6 mindən çox Çin kapitallı müəssisə uğurla fəaliyyət göstərir. Burada təkcə iri deyil, həm də orta biznes geniş təmsil olunur", - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev şuranın iclasında çıxışı zamanı bildirib.
O, həmçinin vurğulayıb ki, Çin artıq Qazaxıstan iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 Sentyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















