Qazaxıstan və Çin Xəzərdə yatağın kəşfiyyatında səylərini birləşdirir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Qazaxıstanın "KazMunayQaz" və Çinin CNOOC korporasiyası Xəzər dənizinin şimal-şərq hissəsinin tranzit zonasında "Jılıoy" layihəsinin həyata keçirilməsi şərtləri haqqında sazişlər imzalayıblar.
Oxu.Az bu barədə Qazaxıstanın aparıcı neft-qaz şirkətinə istinadla xəbər verir.
Bildirilir ki, şirkətlər bir-birini strateji tərəfdaş kimi tanıyıb və yeni perspektivli layihənin 50/50 paritet əsasında birgə kəşfiyyatı və işlənməsi barədə razılığa gəliblər.
İmzalanmış sənədlərə əsasən, kəşfiyyat işlərinin maliyyələşdirilməsini Çin tərəfi öz üzərinə götürür. Planlaşdırılan geoloji kəşfiyyat işlərinin minimum iş proqramına aşağıdakılar daxildir:
- 3D seysmik kəşfiyyat (çöl işləri, 400 kv.km-lik məlumatların emalı və şərhi);
- 2D tarixi məlumatların yenidən işlənməsi (400 xətti km);
- 2000 m dərinliyində bir duz üstü kəşfiyyat quyusunun qazılması (müstəqil mərhələ);
- 3D seysmik kəşfiyyatdan əldə edilən nəticələrdən asılı olaraq, 4500 m dərinliyində bir duz altı kəşfiyyat quyusunun qazılması (asılı mərhələ).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 30 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















