Qazaxıstan və Polşa Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığı inkişaf etdirir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 26 may, AZƏRTAC
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) infrastrukturunun inkişafı Qazaxıstan Xarici İşlər Nazirliyinin İnvestisiya Komitəsinin sədri Qabidulla Ospankulovun Polşaya səfəri zamanı danışıqların əsas mövzusu olub.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Polşanın işgüzar dairələri ilə keçirilən görüşlərdə logistika məsələlərinə xüsusi diqqət yetirilib.
Polşanın “Trans Rach” şirkətinin baş direktoru Marta Laqod ilə danışıqlar zamanı hər iki istiqamətdə malların çatdırılma müddətlərinin azaldılması üçün elektron növbənin yaradılması məsələləri müzakirə olunub.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















