Qazaxıstan və Rusiya AES in tikintisini müzakirə edib
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva və Astana Qazaxıstanda atom elektrik stansiyasının tikintisinin texniki, maliyyə və hüquqi parametrlərini müzakirə ediblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə bildirib.
"Hazırda müvafiq idarələr texniki və maliyyə parametrlərini, o cümlədən qanun çərçivəsində məsələlər üzərində işləyirik", - Lavrov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə danışıqların yekununda bildirib.
Lavrov deyib ki, Rusiya bu istiqamətdə bütün öhdəlikləri vicdanla, vaxtında və tam şəkildə yerinə yetirməyə hazırdır.
Rusiya XİN rəhbəri həmçinin bildirib ki, danışıqlar zamanı həmkarına Ukrayna və onun ətrafında baş verən son hadisələr barədə məlumat verib.
"Biz dostlarımızı Ukraynada və onun ətrafında baş verən son hadisələrlə bağlı məlumatlandırdıq. Qazaxlı dostlarımızın bizim mövqeyimizi başa düşməsini yüksək qiymətləndiririk", - Lavrov bildirib.
Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri Rusiya Federasiyası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünü qeyd etmək üçün bir araya gəliblər.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:525ci qəzet Qazaxıstan prezidenti AES tikintisini sürətləndirməyi tapşırıb
23 Dekabr 2024 16:19
Türkiyə Rusiya ilə AES tikintisini müzakirə edir
09 Oktyabr 2025 23:48
Qazaxıstan AES tikir
01 Oktyabr 2025 11:35
Qazaxıstan ilk AES in tikintisini 2035 2036 cı illərdə bitirməyi planlaşdırır
16 İyun 2025 18:37
Qazaxıstan yeni AES tikir
17 Dekabr 2024 01:59
Baxış sayı:55
Bu xəbər 22 Oktyabr 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















