Qazaxıstan və Ukrayna XİN rəhbərləri telefon danışığı aparıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan Baş nazirinin müavini-xarici işlər naziri Murat Nurtleu ilə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı olub.
APA “KazTAG”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı nazirlər həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirərək, onun bir sıra istiqamətlər üzrə gələcək inkişafına qarşılıqlı marağı təsdiqləyiblər.
Murat Nurtleu beynəlxalq hüquq normaları əsasında davamlı sülhə nail olmaq üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd edib. O əlavə edib ki, bu, regional sabitliyin möhkəmlənməsinə kömək edəcək.
Qeyd edək ki, iki gün əvvəl Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin saxlanıldığı xəbəri yayılıb. Lakin sonradan onların tutulması barədə məlumatların həqiqətə uyğun olmadığı açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















