Qazaxıstan yaxın dörd ildə 5 min kilometrlik dəmir yolu inşa edəcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Astana, 23 aprel, AZƏRTAC
Qazaxıstan qarşıdakı dörd il ərzində 5 min kilometrlik yeni dəmir yolu xətti çəkməyi planlaşdırır.
AZƏRTAC Qazaxıstan hökumətinin məlumatına istinadla xəbər verir ki, Baş nazir Oljas Bektenov bunu Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Konfransının iclasında açıqlayıb.
O bildirib ki, məqsəd 2035-ci ilə qədər tranzit həcmini 100 milyon tona çatdırmaq və Qazaxıstanın Avrasiyada əsas nəqliyyat mərkəzi kimi rolunu gücləndirməkdir.
Baş nazir qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı diqqət mərkəzindədir. Bu işlərin bir hissəsi olaraq, dəmir yolu və liman infrastrukturu modernləşdirilir, Aktau və Kurık limanlarında konteyner tutumu genişləndirilir.
O əlavə edib ki, 2029-cu ilə qədər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca daşımaların həcminin ildə 80 mindən 300 min TEU-ya qədər artırılması planlaşdırılır. Yüklərin çatdırılma müddəti artıq 18 günə endirilib və gələcəkdə 10 günə endirilməsi nəzərdə tutulur. Bektenov, həmçinin rəqəmsal texnologiyaların tətbiqinin, o cümlədən sərhəddə yüklərin emalı vaxtının azaldılmasının vacibliyini vurğulayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Aprel 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















