Qazaxıstana həkim və tibb bacıları qrupu göndəriləcək
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda Qazaxıstana həkim və tibb bacıları qrupu göndəriləcək.
Gununsesi.info xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”a yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Qazaxıstanda üç vətəndaşımızın müalicəsi davam etdirilir.
“Həmin şəxslərin vəziyyəti orta ağırdır. Daima Qazaxıstan Səhiyyə Nazirliyi ilə əlaqədəyik. Vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, vəziyyəti tam idarə etmək üçün bu gün Azərbaycandan oraya həkim və tibb bacıları qrupu göndəriləcək. Biz beləliklə oradakı prosesləri tam tənzimləyəcəyik”, – deyə o əlavə edib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Baxış sayı:50
Bu xəbər 27 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















