Icma.az
close
up
RU
Qazaxıstanda 2 mindən çox məhkum azad edilib, 11 min nəfərin isə cəza müddəti azaldılıb

Qazaxıstanda 2 mindən çox məhkum azad edilib, 11 min nəfərin isə cəza müddəti azaldılıb

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazaxıstanda ötən il elan edilmiş və ölkə Konstitusiyasının 30 illiyinə həsr olunmuş amnistiya prosesi başa çatıb.

APA xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin Cinayət-İcra Sistemi Komitəsinin məlumatına görə, koloniyalardan 2 mindən çox məhkum azad edilib, daha 11 min nəfərin isə cəza müddəti azaldılıb.

“Komitə Konstitusiyanın 30 illiyinə həsr olunmuş amnistiyanın icrasının başa çatdığını bildirir. Görülən işlərin nəticələrinə əsasən, məhkəmələr tərəfindən 15 970 təqdimata baxılıb. Cinayət-icra sistemi müəssisələrindən, o cümlədən qadınlar və yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, 2 mindən çox şəxs azadlığa buraxılıb”, – deyə qurumun mətbuat katibi Güljan Abduqaliyeva yaydığı videomüraciətdə bildirib.

O qeyd edib ki, eyni zamanda 11 min məhkumun cəza müddəti də azaldılıb. Komitədən xatırladıblar ki, amnistiya terrorizm, ekstremizm, korrupsiya, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlər, işgəncə, eləcə də təkrar cinayət törədən şəxslərə şamil olunmayıb. Qurumdan bildirilib ki, azadlığa buraxılan şəxslərin cəmiyyətə uyğunlaşması üçün onlara sosial dəstək göstərilib.

1995-ci ildə qəbul edilmiş Qazaxıstan Konstitusiyasının 30 illiyi münasibətilə amnistiya haqqında qanun 2025-ci ildə qüvvəyə minib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri