Qazaxıstanda avtomobil idxalına ciddi məhdudiyyət qoyuldu
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Qazaxıstanda fiziki şəxslərin avtomobil idxal etməsinə tətbiq edilən məhdudiyyətlər qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, fiziki şəxslər bu gündən etibarən xüsusi təyinatlı avtomobil, işlənmiş avtobus, idman avtomobili, və təcili yardım avtomobilləri idxal edə bilməyəcəklər. Sözügedən kateqoriyalardan olan nəqliyyat vasitələrini yalnız hüquqi şəxslər idxal edə biləcək.
Yeni qaydaya görə fiziki şəxslər şəxsi ehtiyac üçün ildə yalnız 1 ədəd nəqliyyat vasitəsi idxal edə biləcəklər.
Hökuməti bu addımı atmağa vadar edən nəqliyyat idxalı sahəsindəki vergidən və gömrük rüsumundan yayınmalardır. Daha aşağı rüsum ödəmək üçün fiziki şəxslər təcili yardım, hətta yanğınsöndürən avtomobilləri çox sayda alaraq “şəxsi ehtiyaclar üçün idxal” adı ilə ucuz qiymətə rəsmiləşdirdikdən sonra şirkətlərə satırlar. Normal məntiqlə fiziki şəxsin bu texnikaya ehtiyacı yoxdur.
Ekspertlərin qənaətinə görə, bu qərar yaxın aylarda Qazaxıstanda avtomobillərin bahalaşmasına səbəb olacaq.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Oktyabr 2025 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















