Qazaxıstanda beynəlxalq narkotik ticarəti şəbəkəsi çökdürülüb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astana, 14 aprel, AZƏRTAC
Qazaxıstanın Ulıtau bölgəsində “Telegram - Kaef Mafia” mağazası tərəfindən idarə olunan beynəlxalq narkotik ticarəti şəbəkəsi çökdürülüb.
AZƏRTAC Ulıtau regional prokurorluğuna istinadla xəbər verir ki, xüsusi təyin edilmiş prokurorlar Qazaxıstanda sintetik narkotiklər paylayan transmilli cinayətkar qrupun fəaliyyətini pozublar.
Müəyyən edilib ki, cinayətkar sxem beynəlxalq xarakter daşıyır və narkotikləri tədarük edən, qablaşdıran və paylayan, kriptovalyuta ilə ödəniş alan sabit iştirakçı şəbəkəsini əhatə edir. Bundan əlavə, qrupun məqsədlərindən biri vətəndaşları, o cümlədən gəncləri psixotrop maddələrin qanunsuz dövriyyəsinə cəlb etmək olub.
İstintaq zamanı cinayətkar şəbəkənin üzvləri saxlanılıb və qanunsuz dövriyyədən təxminən 3,5 kiloqram sintetik narkotik müsadirə edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 14 Aprel 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















