Qazaxıstanda çempion son turda müəyyənləşdi
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstan Premyer Liqasında 2025-ci ilin mövsümü başa çatıb.
QOL.az xəbər verir ki, sonuncu - 26-cı turda Almatı təmsilçisi “Kayrat” səfərdə ən yaxın izləyicisi “Astana” ilə 1:1 hesablı heç-heçə edərək çempionluğunu rəsmiləşdirib.
Bu nəticə “Kayrat”a mövsümü zirvədə başa vurmaq üçün kifayət edib. Rafael Urazbaxtinin komandası 59 xal toplayaraq ardıcıl ikinci dəfə ölkə çempionu adını qazanıb. “Astana” 57 xalla ikinci, “Tobol” isə 54 xalla üçüncü pilləni tutub.
Matçın 14-cü dəqiqəsində meydan sahibləri Marin Tomasovun qolu ilə hesabı açıblar. Lakin 55-ci dəqiqədə 17 yaşlı hücumçu Dastan Satpayev “Kayrat”ın bərabərlik qolunu vuraraq komandasına vacib xal qazandırıb.
Baxış sayı:26
Bu xəbər 26 Oktyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















