Qazaxıstanda dörd metrlik kimeşeklə dünya rekordu qeydə alınıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astana, 19 iyun, AZƏRTAC
Qazaxıstanın Pavlodar şəhərində qazax qadınlarının ənənəvi baş örtüyü olan kimeşekə həsr olunmuş dörd metrlik instalyasiya hazırlanıb.
AZƏRTAC "Kazinform" agentliyinə istinadən xəbər verir ki, şəhərin mərkəzi bulvarında nümayiş etdirilib.
Qazax xalqının ənənəvi mədəniyyətində kimeşek yalnız evli qadınlar tərəfindən taxılırdı və ailədə, eləcə də cəmiyyətdə onların xüsusi statusunu simvolizə edirdi.
Layihənin müəllifi yerli folklor və milli ənənələrdən ilhamlanan tanınmış dizayner və ustad Gülayim Akumbayevadır.
Beynəlxalq “Global BOOK of RECORDS” təşkilatının nümayəndələri bu qeyri-adi baş örtüyünü rəsmi olaraq dünya rekordu kimi qeydə alaraq, yeni Dünya Rekordları Kitabına daxil ediblər.
Tədbirdə ağ kimeşek geyinmiş təxminən 200 qadın iştirak edib. Onlar bu ənənəvi baş örtüyünə ehtiram göstərmək və onun tanıdılması məqsədilə bir araya gəliblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Baxış sayı:156
Bu xəbər 19 İyun 2025 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















