Qazaxıstanda hakimiyyət sistemi dəyişir
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə yeni Konstitusiyanın qüvvəyə minməsindən sonra dövlətçiliyin təməlinin "əsaslı şəkildə yenilənəcəyini" bəyan edib. Onun sözlərinə görə, ölkədə yeni hakimiyyət modeli formalaşdırılacaq: güclü prezident, nüfuzlu parlament və hesabatlı hökumət.
Moderator.az Nur.kz-yə istinadən xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev köhnə çağırış parlamentin hər iki palatasının son birgə iclasında çıxışı zamanı danışıb.
"Biz ölkəmizin müstəqilliyinin möhkəm təməlinə söykənərək, Qazaxıstan dövlətçiliyinin əsaslarını köklü şəkildə yeniləmək, dövlət idarəçiliyi sistemini keyfiyyətcə təkmilləşdirmək məcburiyyətindəyik", - deyə o vurğulayıb.
Xatırladaq ki, martın 15-də Qazaxıstanda prezidentin təşəbbüsü ilə yeni Konstitusiya layihəsi üzrə referendum keçirilib və seçicilərin 87.15 faizi dəyişiklikləri dəstəkləyib.
Yeni islahatlara əsasən, ikipalatalı parlament birpalatalı parlamentlə əvəz olunacaq. Bundan başqa, ölkədə ikinci ali dövlət vəzifəsi hesab edilən vitse-prezident postu da bərpa ediləcək.
Qazaxıstan hakimiyyəti bu dəyişiklikləri cəmiyyətin tələbi və "insan üçün dövlət" prinsipinin daha səmərəli həyata keçirilməsi zərurəti ilə əsaslandırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 30 İyun 2026 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















