Qazaxıstanda kafedə baş verən partlayışda ölənlərin sayı 11 ə çatıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 9 mart, AZƏRTAC
Qazaxıstanın Şuçinsk şəhərində kafedə baş vermiş partlayış nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, son iki gün ərzində daha iki zərərçəkən dünyasını dəyişib. Martın 8-də “Avitsenna-Burabay” stasionar mərkəzinin reanimasiya şöbəsində olan bir pasiyent, martın 9-da isə Kokşetau şəhərindəki Akmola vilayət çoxprofilli xəstəxanasında müalicə alan bir qadın vəfat edib.
Xatırladaq ki, fevralın 26-da Şuçinsk şəhərində birmərtəbəli “Plov mərkəzi” kafesində partlayış baş verib.
Faktla bağlı cinayət işi açılıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:Somalidə hotelə hücumda ölənlərin sayı 11 ə çatıb
11 Mart 2025 18:44
Qar uçqunu nəticəsində ölənlərin sayı 11 ə çatıb
07 Sentyabr 2026 11:36
Pakistanda baş verən güclü partlayışda ölənlərin sayı 5 ə çatıb VİDEO YENİLƏNİB
28 Fevral 2025 17:05
İsveçdə məktəbdə atışma nəticəsində ölənlərin sayı 11 ə çatıb
05 Fevral 2025 14:34
Nijnekamskda baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb
06 Aprel 2026 20:56
Baxış sayı:127
Bu xəbər 10 Mart 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















