Qazaxıstanda kafedə faciə: 6 ölü, 20 yaralı...
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Qazaxıstanın Aqmola vilayətinin Şuçinsk şəhərində faciə baş verib. Beşmərtəbəli yaşayış binasına bitişik birmərtəbəli kafedə partlayış və yanğın qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində altı nəfər həlak olub, təxminən 20 nəfər xəsarət alıb.
Aqmola vilayəti Fövqəladə Hallar Departamentinin (FHD) məlumatına görə, xəbər alındıqdan sonra beş dəqiqə ərzində xilasetmə qüvvələri hadisə yerinə çatıb. Yanğınsöndürənlər yanan binadan 8 qaz balonunu çıxararaq 10-dan çox insanı xilas ediblər.
“Hazırda yanğın tam söndürülüb. Xilasetmə işçiləri dağıntıların təmizlənməsi işlərini aparır. Hadisənin səbəbləri araşdırılır”, - Aqmola vilayəti FHD-nin rəsmi nümayəndəsi Yersain Koyşibayev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 27 Fevral 2026 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















