Qazaxıstanda mühüm obyektlərin mühafizəsi gücləndirildi: Tokayevdən tapşırıq
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hərbi və mülki obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar verib.
Bu barədə sosial şəbəkə hesabında dövlət başçısının mətbuat katibi Berik Uali bildirib.
O bunu Ukraynada gərginliyin artması ilə əlaqələndirib.
Qazaxıstan parlamentinin palata sədrləri görülən tədbirlərlə bağlı məlumatlandırılıblar.
Mətbuat katibi qeyd edib: “Ölkədəki vəziyyət prezidentin şəxsi nəzarətindədir. Dövlətimiz üçün əsas strateji məqsəd sabitliyi, əmin-amanlığı, asayişi qorumaqdır. Qazaxıstan dəfələrlə iki slavyan xalqı arasında düşmənçiliyin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olub”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 22 Noyabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















