Qazaxıstanda nikahların sayı azalır
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Qazaxıstanda nikahların sayı son 20 ilin ən aşağı səviyyəsinə düşüb.
Newscenter.az yerli mediaya istinadən bildirir ki, bu ilin birinci rübünün nəticələrinə görə, ölkədə 21,6 min nikah qeydə alınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% azdır.
Bu il ən çox nikah Almatı, Astana və Türküstan vilayətlərində bağlanıb. Qərbi Qazaxıstan və Qızılorda vilayətlərində isə bu il evlənənlərin sayı çox azdır.
Qazaxıstanda nikah və boşanmaların əsas hissəsi şəhər yerlərində baş verir. 2026-cı ilin birinci rübündə şəhərlərdə 14,5 min, kənd yerlərində isə 7,1 min nikah qeydə alınıb. İl ərzində şəhərlərdə nikahların sayı 1,4%, kənd yerlərində isə 8,8% azalıb.
Şeyda
Bu mövzuda digər xəbərlər:Azərbaycanda nikahların sayı azalır Statistika
19 May 2026 15:57
Qazaxıstanda autizm hallarının sayı artıb
04 May 2026 19:50
Nikahların sayı sürətlə azalır: Gənclər niyə evlənmək istəmir?
18 Dekabr 2024 13:29
Nikahların sayı azalır, gənclər evlilikdən niyə qaçır? Səbəblər AÇIQLANDI
18 Fevral 2025 14:32
Baxış sayı:121
Bu xəbər 10 İyun 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















