Qazaxıstanda pedofillər buraxılmazdan əvvəl kimyəvi kastrasiyaya məruz qalacaqlar
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstanda uşaqlara qarşı seksual xarakterli cinayətlərdə təqsirli bilinən şəxslərə kimyəvi kastrasiya tətbiq edilməsi proseduru dəyişdirilib.
Pedofillərin kimyəvi kastrasiyası onların həbsdən çıxmasına 6 ay qalmış həyata keçiriləcək.
Oxuməni.az-ın “NewTimes.kz” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin əmrində deyilir.
Səhiyyə nazirinin 1 oktyabr 2025-ci il tarixli 102 nömrəli yeni əmrinə əsasən, kimyəvi kastrasiya cinayət törətmiş şəxsin həbsdən azad edilməsinə altı ay qalmış həyata keçiriləcək.
Bu tədbir yalnız məhkəmənin qərarı ilə və yalnız yetkinlik yaşına çatmayanlara qarşı cinsi xarakterli cinayətlərə görə məhkum olunmuş 18 yaşına çatmış şəxslərə şamil ediləcək. Prosedura cəzaçəkmə müəssisələrində tibb mütəxəssisləri tərəfindən həyata keçirilir.
Kimyəvi kastrasiya cinsi istəyin azaldılmasına və azad edildikdən sonra təkrar cinayətin qarşısının alınmasına yönəlmiş məcburi tibbi tədbirdir.
Dəyişikliklər Səhiyyə Nazirliyinin 2020-ci ildən bu cür tədbirlərin həyata keçirilməsi qaydalarını müəyyən edən əvvəlki əmrinə edilib. Yeni prosedur sənədin rəsmi dərcindən sonra qüvvəyə minəcək.
Almaz Həsənli


