Qazaxıstanda sürücülərə avtomobil nömrələrini sərbəst seçmək icazəsi verilib
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstanda avtomobil sahibləri artıq dövlət qeydiyyat nişanlarını sərbəst şəkildə seçə biləcəklər.
SİA xəbər verir ki, bu barədə "Kazinform" informasiya agentliyi məlumat yayıb.
"Əhaliyə əlverişli şərait yaratmaq məqsədilə istənilən rəqəm və hərf işarələri ilə dövlət qeydiyyat nişanlarının sərbəst seçimini nəzərdə tutan normalar işlənib hazırlanıb, bu da 2026-cı il yanvarın 1-dən qüvvəyə minib", - agentlik qeyd edib.
İstənilən hərf və rəqəm işarəsi ilə dövlət qeydiyyat nişanlarının qiyməti 10 və 15 aylıq hesablama göstəricisi təşkil edəcək (yüksək tələbatlı nömrələr istisna olmaqla, onların verilməsi üçün ayrıca rüsumlar nəzərdə tutulub).
Aylıq hesablama göstəricisi - Qazaxıstanda qanunvericiliklə müəyyən edilmiş, müxtəlif məbləğlərin hesablanması üçün istifadə olunan əmsal: müavinətlər, vergilər, cərimələr, dövlət rüsumları və digər ödənişlər; o, hər il büdcə haqqında qanunla təsdiqlənir və inflyasiya ilə bağlı yüzlərlə normanın yenidən hesablanmasını sadələşdirməyə kömək edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 02 Yanvar 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















