Qazaxıstanda sürücüsüz taksi layihəsi həyata keçiriləcək
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanın paytaxtı Astanada sürücüsüz taksilərin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i rəqəmsal aktivlər və qabaqcıl texnologiyalar komitəsinin sədri Gizzat Baytursınova istinadən bildirib.
Müvafiq memorandum Astana akimatı, süni intellekt və nəqliyyat nazirlikləri, eləcə də, "Yandex Qazaqstan" şirkəti tərəfindən imzalanıb.
Qurumdan bildiriblər ki, avtonom texnologiyalar insan faktorunu minimuma endirməklə qəzaların sayını azalda, yol hərəkətini optimallaşdıra və müxtəlif əhali qrupları üçün nəqliyyatı əlçatan edə bilər.
"Bizim üçün təhlükəsizlik, məsuliyyət, insan və alqoritmlərin qarşılıqlı əlaqəsi məsələlərini əvvəlcədən işləmək və belə həllərin qanuni və şəffaf şəkildə inkişaf etməsinə imkan verəcək normativ bazanı hazırlamaq vacibdir. Sürücüsüz taksi - texnologiyaların insanın maraqları üçün çalışdığı daha geniş "ağıllı şəhər" ekosisteminin bir hissəsidir", - qeyd edilib.
Tərəflər layihənin mərhələli şəkildə - sürücülü rejimdən və məhdud testlərdən başladılmasını planlaşdırırlar. Belə format şəhər mühitinin real şərtlərinə uyğunlaşmağa imkan verir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















