Qazaxıstanda USAID nümayəndəliyinin bağlanmasını tələb edən petisiya açılıb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Qazaxıstanda “epetition.kz” platformasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu ölkədəki ofisinin bağlanmasını tələb edən petisiya dərc olunub.
AZƏRTAC-ın “Kazinform” agentliyinə istinadla verdiyi xəbərə görə, müraciətin müəllifləri USAID xətti ilə qrant alan qurumların fəaliyyətinin yoxlanılmasını, habelə LGBT təşkilatlarının və əxlaqsızlığın təbliği ilə məşğul olan strukturların fəaliyyətinə qanunvericiliklə qadağa qoyulmasını tələb edirlər.
Petisiya xarici fond və təşkilatların ölkədəki ictimai-siyasi proseslərə təsiri ilə bağlı son müzakirələr fonunda açılıb. Son vaxtlar Qazaxıstanda xaricdən maliyyə alan QHT-lərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı suallar meydana çıxır.
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) ABŞ hökumətinin rəsmi beynəlxalq humanitar və inkişaf agentliyidir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp digər ölkələrin inkişafına yardım proqramlarını 90 gün müddətinə dayandıran Sərəncam imzalayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 12 Fevral 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















