Qazaxıstandan Avropa İttifaqına qədər: beynəlxalq dələduzluq şəbəkəsi zərərsizləşdirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Astana, 2 aprel, AZƏRTAC
Qazaxıstan Daxili İşlər Nazirliyi Ukraynanın Milli Polisi ilə birgə Ukrayna ərazisində fəaliyyət göstərən və dələduzluqla məşğul olan çağrı mərkəzlərini idarə edən transmilli mütəşəkkil cinayətkar qrupu zərərsizləşdirib.
AZƏRTAC “Polisia.kz” portalına istinadla xəbər verir ki, Dnepr şəhərində Qazaxıstan, Ukrayna və Avropa İttifaqı ölkələrinin vətəndaşlarına qarşı internet dələduzluğu ilə məşğul olan üç çağrı mərkəzinin fəaliyyəti dayandırılıb.
Cinayətkar qrup saxta investisiya şirkətlərinin əməkdaşları kimi fəaliyyət göstərərək zərərçəkənlərin məxfi məlumatlarına və bank hesablarına çıxış əldə edib, pul vəsaitlərini və rəqəmsal aktivləri mənimsəyib. Həmçinin “romantik sxemlər” və kriptovalyutaya investisiya adı altında dələduzluq halları da müəyyən edilib.
Dnepr şəhərində 40 ünvanda axtarışlar aparılıb, Ukraynanın 53 vətəndaşı saxlanılıb, onlardan səkkiz əsas fiqurant barəsində ittiham irəli sürülərək istintaq təcridxanasına yerləşdirilib. 100 min ABŞ dolları, 90 ədəd kompüter texnikası, 125 smartfon və 6 ədəd bahalı avtomobil götürülüb.
İstintaq hərəkətləri davam etdirilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Baxış sayı:530
Bu xəbər 02 Aprel 2026 06:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















