Qazaxıstandan Ermənistan açıqlaması: Dostluğumuz inkişaf edir
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstan Xarici İşlər Nazirliyi iyunun 25-də Ermənistanda baş verənlərlə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybək Smadiyarov bunları “Ermənistanın daxili işi” adlandırıb.
“Qazaxıstan Ermənistanla dostluq və strateji tərəfdaşlıq ruhunda tamhüquqlu əməkdaşlığı inkişaf etdirir. Ölkələrimiz arasında formalaşmış qarşılıqlı etimad mühitini yüksək qiymətləndiririk. Erməni xalqına sülh və firavanlıq arzulayırıq”, - qazax diplomat bildirib.
Qeyd edək ki, səhər saatlarından etibarən “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarları və “Daşnaksütyun” partiyasının üzvlərinin axtarışları və saxlanılması davam edir. 20-yə yaxın şəxsin evində axtarış aparıldığı bildirilir. Bu fonda İstintaq Komitəsi “Müqəddəs Mübarizə” hərəkatının lideri Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmək cəhdi və ölkədə sabitliyi pozmaq üçün cinayətkar dəstələr yaratması barədə bəyanat yayıb.
Ümumilikdə 16 nəfər barəsində hakimiyyəti zorla ələ keçirməyə cəhd və terror aktları hazırlamaq ittihamları ilə cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 İyun 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















