Qazaxıstanın ABŞ dakı yeni səfiri etimadnaməsini Trampa təqdim edib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanın yeni səfiri Maqjan İlyasov etimadnaməsini ABŞ Prezidenti Donald Trampa təqdim edib.
APA xəbər verir ki, bu barədə diplomat X-də paylaşım edib.
“Prezident Trampa etimadnaməmi təqdim etmək və Qazaxıstanla ABŞ arasında Genişləndirilmiş Strateji Tərəfdaşlığın daha da gücləndirilməsi öhdəliyini bir daha təsdiqləməkdən şərəf duyuram”, - Maqjan İlyasov bildirib.
O qeyd edib ki, Vaşinqtonda keçirilən C5+1 Zirvə görüşünün nəticələrinə, eləcə də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə ABŞ Prezidenti Donald Tramp arasında Oval Ofisdə baş tutan yüksək səviyyəli ikitərəfli görüşə əsaslanaraq bu tərəfdaşlığı növbəti mərhələyə yüksəltməyi hədəfləyir.
Səfir vurğulayıb ki, Qazaxıstan və ABŞ arasında əməkdaşlıq və komanda işinin inkişafını səbirsizliklə gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Dekabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















