Qazaxıstanın Azərbaycana taxıl tədarükü artıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 19 noyabr, AZƏRTAC
Qazaxıstan müxtəlif ölkələrə taxıl ixracını artırır. 2025-ci ilin sentyabr-noyabr ayları arasında bu ölkə 2,6 milyon ton yeni yığılmış məhsul ixrac edib.
AZƏRTAC Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, builki rəqəm ötən ilin eyni dövründəki 2,2 milyon ton taxıl ixracını üstələyir.
İxrac artımı bir sıra istiqamətlər, əsasən qonşu ölkələrlə bağlı müşahidə olunur.
Ən əhəmiyyətli artım olan ölkələrin adları çəkilib: Özbəkistana - 41% (872.000 tondan 1.232.000 tona), Qırğızıstana - 2,2 dəfə (32.000 tondan 73.000 tona), Azərbaycana - 30% (50.000 tondan 65.000 tona) və Əfqanıstana - 35% (100.000 tondan 135.000 tona) ixrac qeydə alınıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 19 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















