Icma.az
close
up
RU
Qazaxıstanın Baş naziri Xəzər dənizini xilas etməyə çağırıb

Qazaxıstanın Baş naziri Xəzər dənizini xilas etməyə çağırıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanın Baş naziri Oljas Bektenov Altay Respublikasında (Rusiya Federasiyası) keçirilən birinci Beynəlxalq Ətraf Mühit Konfransında çıxışı zamanı Xəzər dənizinin dayazlaşmasını əsas regional problemlərdən biri kimi qeyd edib.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, tədbirdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə diqqət yetirilib, Xəzəryanı dövlətlər arasında regional əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

Qazaxıstanın hökumət başçısı qeyd edib: “2000-ci illərin əvvəllərindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi tendensiyası var. Bu və digər problemlərin tədqiqi üçün Qazaxıstanda Xəzər Tədqiqat İnstitutu yaradılıb. Alimlərin proqnozları məyusedicidir. “Bu unikal su anbarını qoruyub saxlamaq üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var”.

O.Bektenov su problemləri kontekstində Aral dənizi regionundakı vəziyyətə də diqqət çəkib. Qazaxıstan Beynəlxalq Aralın Xilasetmə Fonduna rəhbərlik edir. Bu ölkədə onun bərpası, Kokaral bəndinin möhkəmləndirilməsi, Sırdərya deltasının yenidən yaradılması, balıqçılıq sənayesinin dəstəklənməsi layihələri həyata keçirilir və keçmiş dənizin qurumuş yatağının yaşıllaşdırılması istiqamətində işlər aparılır.

Baş nazir buzlaqların qorunmasına yönəlmiş işlərin vacibliyini də qeyd edib. Ekspertlərin proqnozlarına görə, 2100-cü ilə qədər Mərkəzi Asiyada buzlaqların həcmi xeyli azalacaq. Bununla bağlı Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Ər-Riyadda keçirilən sammitdə buzlaqların tədqiqi və mühafizəsi səylərini birləşdirən Su Qüllələri Tərəfdaşlığı təklif edilib. Bundan başqa, Almatıda regional tədqiqatlar üçün aparıcı platformaya çevrilmiş UNESCO-nun nəzdində Mərkəzi Asiya Regional Qlasiologiya Mərkəzi fəaliyyət göstərir.

Baş nazir, həmçinin Qazaxıstanın birgə hidrotexniki layihələr həyata keçirməyə hazır olduğunu vurğulayıb. Bu layihələr su anbarlarının tənzimlənməsindən tutmuş suyun ölçülməsinin avtomatlaşdırılmasına qədər müxtəlif fəaliyyət sahələrini əhatə edəcək.

O.Bektenov “Yeni Qazaxıstan” ekoloji proqramının əhəmiyyətini də qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri