Qazaxıstanın nəqliyyat nazirinin müavini saxlanıldı
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev vəzifəsindən azad edilib və rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidmətinə istinadən məlumat yayıb.
"Rüşvət almaqda şübhəli bilinən nəqliyyat nazirinin müavini Korrupsiyaya Qarşı Mübarizə Xidməti tərəfindən saxlanılıb və həbs edilib", - məlumatda bildirilib.
Ötən gün Baş nazir Oljas Bektenov aidiyyəti nazirlikləri gömrük xidmətinin işinin zəif təşkilinə, həmçinin Rusiya və Qırğızıstanla sərhəddəki avtomobil keçid məntəqələrinin təmirinin gecikdirilməsinə görə tənqid edib. O, işin lazımi şəkildə təşkil edilməməsinə görə Dövlət Gəlirləri Komitəsi və Avtomobil Yolları Komitəsinin rəhbərlərinin cəzalandırılmasını tapşırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 07 Avqust 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















