Qazaxıstanla Çin arasında dəmir yolu daşımalarının həcmi artıb
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Martın 3-də Qazaxıstan və Çin sərhədində yerləşən Altınkol-Xorqos sərhəd keçid məntəqəsindən qatarların çatdırılması üzrə tarixi rekord qeydə alınıb.
Avtosfer.az “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu nailiyyət iki ölkənin dəmir yolu administrasiyalarının rəhbərləri arasında əldə olunan razılaşmalar sayəsində qazanılıb.
Saziş Qazaxıstan müəssisələrinin taxıl yükləri (qarışıq yem, un, dəyirman məhsulları), filiz yükləri, qara və əlvan metallar daxil olmaqla ixraca olan tələbatını ödəyəcək.
Qeyd olunur ki, bu ilin ilk iki ayında Çinə qatarların çatdırılmasının həcmi 18 faiz artaraq 3,4 milyon tona çatıb. O cümlədən, Dostıq-Alaşankou sərhəd keçid məntəqəsi ilə daşımaların həcmi 10 faiz artaraq 2,2 milyon ton təşkil edib.
Altınkol-Xorqos keçidi vasitəsilə artım daha əhəmiyyətli – 37 faiz olub ki, bu da daşınan yüklərin həcmini 1,2 milyon tona çatdırmağa imkan verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 04 Mart 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















