Icma.az
close
up
RU
Qazaxıstanla qardaşlığın söz körpüsü Abay Kunanbayev

Qazaxıstanla qardaşlığın söz körpüsü Abay Kunanbayev

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Türk dövlətləri ilə münasibətlərinə strateji əhəmiyyət verir. Bu yanaşma geosiyasi və iqtisadi maraqlarla yanaşı, tarixi, mədəni, mənəvi əlaqələrin dərin köklərinə söykənir. Qazaxıstan Respublikası ölkəmiz üçün önəmli tərəfdaşlardan biridir. Qazaxıstanın Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diplomatik əlaqələr quran ilk Mərkəzi Asiya ölkələrindən biri olması iki dövlət arasında etimad və qarşılıqlı hörməti formalaşdırıb. Həmin dövrdən etibarən Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq mədəniyyət və humanitar sahələrdə də intensiv şəkildə inkişaf edir.

Həyata keçirilən ortaq layihələr xalqların bir-birinə daha da yaxınlaşmasına, həm də ortaq tarix və dəyərlərin qorunub inkişaf etdirilməsinə hesablanıb. Bu mənada, hər iki ölkədə müntəzəm olaraq keçirilən mədəniyyət günləri, sərgilər və folklor tədbirləri həm xalqlar arasında mədəni yaxınlığı gücləndirir, həm də diplomatik münasibətləri dərinləşdirir. Xüsusilə, Qazax klassik ədəbiyyatının görkəmli nümayəndəsi Abay Kunanbayevin irsi poeziya festivalları, elmi konfranslar, kitab təqdimatları və akademik mübadilə proqramlarında ortaq platforma kimi istifadə olunur. Görkəmli şairin irsi iki dövlətin mədəniyyət və diplomatiya sahəsindəki əməkdaşlığının rəmzi kimi strateji rol oynayır.

Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Fətəliyeva Abay Kunanbayevin yaradıcılığını yaxından izləyir. O, Qazaxıstan şairinin

Abay küçəsindən başlayaraq
Bilinmir bu dünyada
Yalan harda, düz harda?
Nədir zülmət, nədir nur?

misralarını bu cür təhlil edir: “Bu misralar xalqının dərdini, ağrı-acısını, parçalanmış ümidlərini ürək yanğısını ifadə edən, millətinin gələcəyini düşünən və onu öz canından artıq sevən böyük bir ürəyə sahib dahi Abay Kunanbayevin şeiridir. O, qazax xalqının milli kimliyinin, mənəvi irsinin və maarifçilik hərəkatının ən böyük simalarından biridir. Əslində A.Kunanbayevin ömür yolunu diqqətlə izləsək onu daha yaxşı tanıyarıq”.

A.Kunanbayevin 1845-ci ildə Semey vilayətində doğulduğunu və uşaqlıqdan biliyə böyük maraq göstərdiyini qeyd edən Xanım müəllim sözlərinə davam edir: “O, mollaxanada və mədrəsədə oxumuş, ərəb, fars dillərinə yiyələnmişdir. Şərq klassiklərinin əsərləri ilə tanış olan Abay öz xalqına elm işığını gətirmişdir. Maarifçilik yolunun öncülü olan Abay üçün poeziya sadəcə gözəllik deyil. O, xalqını cəhalət və tənbəllikdən oyatmaq – əxlaqa və zəhmətə çağırmaq üçün əsərlər qələmə alırdı. “Qara sözlər” əsəri bu gün də publisistik gücü ilə seçilir. O, Puşkin, Lermontov, Bayron, Höte kimi dahilərin əsərlərini tərcümə edərək qazax dilini dünya ədəbiyyatına açdı, xalqını isə böyük mədəniyyətlə tanış etdi. Xalqın ağrılarını öz qəlbində daşıyan şairin əsərlərində bir narahatlıq var idi. O, tayfa çəkişmələri, savadsızlıq və ədalətsizlik içində parçalanan xalqına kədərlənir, amma ümidini itirmirdi. İnanırdı ki, bir gün xalq elm və maarif yolu ilə oyanaraq işıqlı sabaha qovuşacaq. Çünki mənsub olduğu xalqın qədim mədəniyyətə, necə gözəl dəyərlərə sahib olduğunu bilirdi”.

Xanım Fətəliyeva vurğulayır ki, bu gün Qazaxıstanda küçələr, məktəblər, universitetlər, muzeylər Abay Kunanbayevin adını daşıyır. Abay küçəsi ilə addımlayan hər kəs, əslində, yol getmir, tarixlə üz-üzə gəlir, bir millətin düşüncə yolunda irəliləyir. Abayın qoyduğu mənəvi izləri təzələyir. Bu onun xalq üçün açdığı işıqlı yoldur. Abay Kunanbayevin irsi bütün türk dünyasının ortaq sərvətidir. Onun poeziyasında səslənən elm, ədalət, insanpərvərlik və mənəvi kamillik ideyaları bu gün də aktuallığını qoruyur. Abay Kunanbayevin yaradıcılıq yolu maarif, elm və mədəniyyətin yoludur. Bu yol Qazax xalqının dirçəliş yoludur. Bakımızın işıqlı küçələrindən birinin də xalqını sevən, elinin iztirablarını duyan A.Kunanbayevin adını daşıması iki xalq arasında bağlılığın simvoludur.

Məlumat üçün qeyd edək ki, Xanım Fətəliyevanın çalışdığı Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəb artıq bir neçə ildir ki, Qazaxıstanın Aktau şəhərində yerləşən Nazarbayev adına İntellektual Məktəblə sıx əməkdaşlıq edir. Hər iki məktəbin nümayəndələri qarşılıqlı səfərlər çərçivəsində elm və təhsil layihələrində iştirak ediblər. Əməkdaşlığın əsas sütunlarından biri OCEP layihəsi olub. Məktəbin təşəbbüsü ilə bu layihə idmandan əlavə, elm, təhsil və milli-mənəvi dəyərlərlə də əlaqələndirilib. Əlaqələr tədricən daha da möhkəmlənərək məktəblər arasında üçillik rəsmi əməkdaşlıq müqaviləsi bağlanıb. Hətta Azərbaycan məktəblərinin müəllim heyəti Qazaxıstana səfərlər edib, Nazarbayev adına İntellektual Məktəblə təcrübə mübadiləsi aparıblar.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri