Icma.az
close
up
RU
Qazaxıstanlı akademik Bakıda Sabir Rüstəmxanlı ilə görüşdü FOTO

Qazaxıstanlı akademik Bakıda Sabir Rüstəmxanlı ilə görüşdü FOTO

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Türk Xalqlarının Ümumdünya Assambleyasının prezidenti Yermentay Cultanmuradla görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə S.Rüstəmxanlı sosial şəbəkədə bildirib.

"Köhnə dostum, akademik Yermentay Sultanmurad Bakıda qonağımdır. Azərbaycanın Qarabağ savaşındakı parlaq qələbəsinin bütün türklərin ruhunu yüksəltdiyini deyir və Assambleyanın növbəti toplantısının Şuşada keçirilməsini arzulayır. Toplantıda Türk dövlətlərinin iqtisadı yüksəlişi üçün Assambleyanın hazırladığı proqramı təqdim etmək niyyətindədir", - deyə S.Rüstəmxanlı vurğulayıb.

Qeyd edək ki, Yermentay Sultanmurad Bakıya Dünya Azərbaycanlıları Konqresi ilə Türk Xalqlarının Ümumdünya Assambleyasının birgə qurultay keçirməsi ilə əlaqədar səfər edib. S.Rüstəmxanlı ilə görüş zamanı da qurultaya hazırlıq məsələləri müzakirə edilib.

Yermentay Sultanmurad 1950-ci ildə Cənubi Qazaxıstan vilayətində anadan olub. 1964-cü ildə Şardara şəhərində səkkizillik məktəbi, 1966-cı ildə Özbəkistanın Daşkənd vilayətində orta məktəbi bitirb.

1966-94-cü illərdə Qazaxıstanda kənd təsərrüfatı sahəsində bir sıra vəzifələrdə çalışıb. 1994-95-ci illərdən Qazaxıstan Parlamenti Ali Sovetinin müşaviri vəzifəsində çalışıb.

1996-98-ci illərdə respublikanın şimal rayonlarında kənd təsərrüfatı sahəsində emal müəssisələrinin tikintisi və istismarı ilə məşğul olub.

2002-ci ildə o, Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Planlaşdırma Agentliyi və Qazaxıstan Strateji Araşdırmalar İnstitutu tərəfindən təsdiq edilmiş Qazaxıstanın İnkişaf Strategiyasını hazırlayıb.

2005-2007-ci illərdə Dünya Türk Xalqları Assambleyasının fəaliyyətinin canlandırılması ilə məşğul olub və 10 illik fasilədən sonra - 2007-ci ildə bütün türk ölkələrindən olan nümayəndələrin iştirakı ilə qurultay təşkil edib. Y.Sultanmurad həmin qurultayda təşkilatın prezidenti seçilib.

2007-ci ildən “İctimai inkişafın türk yolu” konsepsiyasının yaradılması, orta əsrlər türk dilinin - “Ana-türk”ün dirçəldilməsi istiqamətində fəaliyyətin təşkili və türk dünyasının birləşdirilməsi istiqamətində geniş fəaliyyətlə məşğuldur.


Zaur, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri