Qazaxıstanlı nazir: COP29 çərçivəsində 4,5 milyard dollarlıq 20dən çox sənəd imzalamışıq
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 4,5 milyard dollarlıq 20-dən çox sənəd imzalayıb.
Bunu “Report”un Qazaxıstan bürosuna müsahibəsində ölkənin ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev bildirib.
"Onların arasında İslam İnkişaf Bankı ilə "İqlimə davamlı su ehtiyatlarının inkişafı" layihəsi, çinli tərəfdaşlarla bərpa olunan enerji mənbələri ilə bağlı layihələr, həmçinin hidrometeorologiya və su təhlükəsizliyinə riayət olunması kimi iri investisiya sazişləri diqqəti cəlb edir", - E.Nısanbayev bildirib.
Nazir vurğulayıb ki, Bakıda keçirilən COP29-da Qazaxıstan bir sıra çoxtərəfli təşəbbüslər irəli sürüb ki, bunlardan biri də səhralaşmanın və torpaqların deqradasiyasının qarşısının alınması üçün səylərin əlaqələndirilməsinə yönəlmiş Karbon Əkinçiliyi Təşəbbüsü (Carbon Farming Initiative) olub.
"Bu təşəbbüsü artıq Gürcüstan, Özbəkistan və Tacikistan dəstəkləyib. Onun həyata keçirilməsi üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını fəal şəkildə cəlb etməyi planlaşdırırıq", - E.Nısanbayev qeyd edib.
Baxış sayı:52
Bu xəbər 05 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















