Qazaxıstanlı qolkiper Sabah dan ayrılacaq
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Sabah"ın bu ilin yanvarında sıralarına qatdığı Stas Pokatilov müqaviləsini yeniləməyəcək.
Oxu.Az "Sportinfo"ya istinadən xəbər verir ki, Qazaxıstan millisinin qapıçısı altıaylıq müqavilə imzaladığı klubdan ayrılmağı üstün tutub.
O, rəsmilərlə görüşərək, müqaviləni uzatmayacağını qeyd edib, ölkəsinə qayıtmaq fikrini qətiləşdirdiyini bildirib.
Qolkiper bir-neçə təklifinin olduğunu, Azərbaycanda karyerasının başa çatdığını, mayın 31-də "Qarabağ"la keçirəcəkləri kubokun final matçının ardından vətəninə dönəcəyini söyləyib.
Pokatilov karyerası ərzində Qazaxıstanın "Akjayık" (2010-2013), "Şaxtyor Karaqanda" (2013-2015), "Aktobe" (2015-2016, 2022-2023), "Kayrat" (2016-2022), "Tobol" (2024) və Rusiyanın "Rostov" (2016) komandalarında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 May 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















