Icma.az
close
up
RU
Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir

Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 17 iyun, AZƏRTAC

Bakı Bulvarında açıq havada keçirilən “Cırtdan və sehrli mirvari” (rejissor Leonid Klyots) yay şousu çərçivəsində akrobat-gimnast Adlet Tikanovun rəhbərlik etdiyi “Hassak” sirk qrupu (Qazaxıstan) çıxış edir.

AZƏRTAC-a verdiyi müsahibədə o, Bakıda iş prosesinin gedişi haqqında bəhs edib və türk sirk şoularının uğurunun sirrinin nədən ibarət olması ilə bağlı fikrini bölüşüb.

“Bu, Azərbaycana üçüncü səfərimizdir. Bundan əvvəl biz başqa şəhərlərdə - Gəncə və Qəbələdə olmuşuq. Karyeram Azərbaycanda başladı, estrada və sirk kollecini bitirib buraya gəldim. Xalqınız, eləcə də buradakı hava şəraiti çox xoşuma gəlir. Azərbaycan tamaşaçıları çox istiqanlıdırlar. Burada özümü evdəki kimi hiss edirəm. Qazaxıstan və Azərbaycan çox oxşardır, bu ölkələrin xalqları qardaşdır, mədəni cəhətdən çox ortaq cəhətlərimiz var”, - deyə həmsöhbətimiz bölüşüb.

Şou zamanı Qazaxıstan sənətçiləri milli geyimlərdə çıxış edirlər. Möhtəşəm və valehedici şouda ordusunun nəyə qadir olduğunu nümayiş etdirən Tomris fəthçi və məğlubedilməz kraliça obrazına əsaslanır.

“Biz dünyada çıxış edirik və Qazaxıstanı musiqimiz, milli rəqs elementlərimiz, ənənəvi silahlarımız vasitəsilə təmsil edirik, ornamentlərimizin olduğu kostyumlarda çıxış edirik”, - deyə A.Tikanov qeyd edib.

Onun fikrincə, türk ölkələrinin sirk sənətini beynəlxalq səviyyədə tanıtmaq üçün onların milli mədəniyyətini çıxışlarında nümayiş etdirmək vacibdir.

“25-dən çox sirk sənəti festivalında iştirak etmişəm. Müxtəlif ölkələrdən Qran-Pri, qızıl, gümüş, bürünc və xüsusi mükafatlar almışam, televiziya layihələrində iştirak etmişəm. Xüsusilə hər kəsin öz ölkəsini təmsil etdiyi beynəlxalq festivallarda bir çox fərqli sirk truppası görmüşəm. Ən əsası mədəniyyətinizi göstərməkdir. Çinlilər milli üslubda - musiqiləri, geyimləri, ənənəvi döyüş sənətlərinin elementləri ilə tamaşa qururlar. Ruslar, müvafiq olaraq, öz mədəniyyətlərini təmsil edirlər, almanlar isə texnologiyaya daha çox diqqət yetirirlər və kostyumda müasir üslubdan istifadə edirlər. Türk sirk proqramlarının inkişaf etməsi üçün düşünürəm ki, milli elementlərimizi nümayiş etdirməliyik. Biz hamımız - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə qardaşıq. Lakin hər bir ölkənin kimliyi olmalıdır. Azərbaycan öz milli elementlərini göstərməlidir. Mən üçüncü dəfədir ki, buradayam və Azərbaycanın zəngin mədəniyyətinə artıq bələdəm. Azərbaycan sirkinə arzum budur ki, o, öz milli koloritini nümayiş etdirsin. Biz qazaxlar isə öz koloritimizi nümayiş etdirək. O zaman türk ölkələrimizdə sirk sənəti inkişaf edəcək”, - deyə qazaxıstanlı sənətçi vurğulayıb.

Müəllif – Anara Axundova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri