Icma.az
close
up
RU
Qazi bacısını niyə öldürüb? “Dedi ki, başını həmişə aşağı edəcəm” ŞOK TƏFƏRRÜAT

Qazi bacısını niyə öldürüb? “Dedi ki, başını həmişə aşağı edəcəm” ŞOK TƏFƏRRÜAT

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Ağcabədi rayonu, Hindarx qəsəbəsində 31 yaşlı Səbinə Məmmədovanın öldürülməsinin təfərrüatları məlum olub. Qətli törədən mərhumun qardaşı, qazi 34 yaşlı Sadiq Kərimov olub.Sadiq Kərimov Vətən Müharibəsində iştirakına görə “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Müharibədən qayıtdıqdan sonra DOST İş Mərkəzinə sosial işçi kimi işə qəbul edilərək “Azərpoçt”un Ağcabədi rayonu, Hindarx qəsəbəsi şöbəsində poçtalyon köməkçisi kimi işə başlayıb.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, Sadiq Kərimov qətli namus üstündə törətdiyini bildirib. Sadiq linglə bacısının baş nahiyyəsinə bir neçə zərbə endirərək onu qətlə yetirib.

S.Kərimov ifadəsində bildirib ki, özünü tam təqsirli hesab edir. Amma bacısının həyat tərzi onun bu yola əl atmasına səbəb olub.

“Atam rəhmətə gedəndən sonra Səbinənin əri ilə arasında mübahisə olmuşdu. Əri Səbinənin başqa kişilərlə yazışmasını tutmuşdu. Onlar arasında təkrar dava-dalaş olmuşdu. Səbinə əri Kamilin onu şərlədiyini deyirdi. Kamil mənə Səbinənin danışdığı şəxslərin nömrəsini göstərdi. Kamilə dedim ki, Səbinədən şübhələnirsə, onu boşasın.

Səbinə bir müddət bacımla yaşamağa başladı. Atamın yas mərasimində telefonla danışdığını gördüm. Kiminlə danışdığını soruşdum. Dedi ki, su idarəsindən zəng gəlib.  Yan otağa keçərək orada kiminləsə şübhəli və səmimi şəkildə danışmağa başladı. Dəfələrlə xəbərdarlıq etdim ki, bu əməllərindən əl çəksin. Yasdan sonra anidən Bakıya getdi. Sonra da qayıtdı. Xəbərdarlıqlarıma baxmayaraq məni qıcıqlandırmağa davam etdi. Deyirdi ki, dostlarımla da danışacaq, başımı aşağı edəcək. Bir dəfə də onu şəhərdə 3-4 nəfər kişi ilə yemək yeyən yerdə gördüm. Yanında oğlunu da aparmışdı. Bundan sonra onu öldürmək qərarına gəldim.

Səbinə həyətimizdə olan bir otaqlı evdə tək yaşayırdı. Axşam onun gəlməsini gözlədim. O gələnə qədər uşaqlarımla oymayıb onlarla vidalaşdım”.

S.Kərimov əlavə edib ki, bacısına son olaraq bir daha xəbərdarlıq edib. Amma bacısı ona “yaxşı edirəm” cavabını verib: “Otaqda uzanmışdı. Niyə belə etdiyini, məni və ailə üzvlərimi təhqir etməsinin səbəbini soruşdum. Dedi ki, yaxşı edir. Əlimdə ola linglə bir dəfə böyründən vurdum. Ayağa qalxıb sinəmdən tutanda başından da vurdum. Yerə yıxılanda başından bir dəfə də vurdum. Onda bildim ki, ölüb. Qapıdan çölə çıxanda anam gəldi. Nə olduğunu soruşanda Səbinəni öldürdüyümü dedim. Qışqıraraq evdən qaçdı. Sonra pilləkəndə oturub polislərin gəlməsini gözlədim”.

Məhkəmədən ona yüngül cəza verilməsini istəyən Sadiq qeyd edib ki, nəticənin belə olmasını istəməzdi.

Məhkəmədə mərhumun digər qardaşı hüquqi varis kimi tanınıb. Hüquqi varis də bacısının həyat tərzi haqqında danışarkən Sadiqin dediklərini təsdiq edib. O, şikayət və tələblərinin olmadığını deyərək qardaşına yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Mərhumun anası da məhkəmədə dindirilən zaman həbs edilən oğlunun ifadəsinə oxşar ifadə verib. Əlavə edib ki, qızına doğru yolda olmadığına görə dəfələrlə xəbərdarıq edib. Amma qızı nə onu, də qardaşlarını sayıb. 

Sadiq Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunub. Ona bu maddənin sankiyasında nəzərdə tutulan ə aşağı həddə- 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri