Icma.az
close
up
RU
Qazi Kamran Babayev: Hadruta bayraq sancdığımız an Qələbənin nəfəsini hiss etdik

Qazi Kamran Babayev: Hadruta bayraq sancdığımız an Qələbənin nəfəsini hiss etdik

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 8 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi sentyabrın 27-də Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə döyüşlərə başladı. İlk döyüş Kəlbəcərin Murovdağ yüksəkliyində - “Canavar sağ”, “Canavar sol”, “Susuzluq” postları istiqamətində baş verdi. Keçilməz dağ relyefinə və dumanlı hava şəraitinə baxmayaraq, 3200 metr yüksəklikdə yerləşən “Koroğlu” postuna qalxaraq qruplar şəklində tərtibləndik. Komandirlərin tapşırığına əsasən digər postlar uğrunda döyüşlərə başladıq. Düşmən qüvvələri sayca üstün olsa da, postlarımızı üzbəüz döyüşlərlə azad etdik. Onlar azad etdiyimiz mövqeləri minaatanlarla atəşə tuturdular, lakin daha yaxşı mövqe tutduğumuz üçün bizə qarşı ciddi müqavimət göstərə bilmirdilər. Döyüşdə şəhid və yaralılarımız olduqca qisas hissimiz daha da artırdı. İntiqam duyğusu ilə ölümü gözə alaraq irəli atılırdıq.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi qazisi, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin giziri Kamran Babayev deyib. O, müharibə xatirələrini davam etdirir: “Susuzluq” postu istiqamətində hərəkət etdiyimiz zaman düşmənin “Sekretni post” adlanan mövqeyindən bizə qarşı pusqu quruldu. Bizim dazor qrupunun göstərdiyi şücaət nəticəsində düşmən postu darmadağın edildi. Daha sonra Füzulinin Horadiz qəsəbəsi istiqamətindən hərbi əməliyyatlara başladıq. Qarşımıza çıxan düşmən postlarını ələ keçirərək irəlilədik, Cəbrayıl istiqamətində də döyüş tapşırıqlarını uğurla yerinə yetirdikdən sonra Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda mübarizəyə yollandıq.

Yadımdadır, Cəbrayıldan Hadruta doğru irəliləyirdik. Gecə vaxtı tabor şəklində düşmənin hərbi hissəsinin önündən sızma və sıyrılma əməliyyatı həyata keçirdik. Düşmən mövqelərinə sezilmədən yaxınlaşıb onları müşahidə etdik. Plana əasəsən, Hadruta ön hissədən, yəni düşmən hərbi hissəsi istiqamətindən daxil olmalı idik. Hava çiskinli, şəxsi heyət isə yorğun və yuxusuz idi. Hadruta dağlıq ərazidən keçəcəyimiz nöqtə düşmən tərəfindən minalanmışdı. Lakin bu, tapşırığın icrasına mane ola bilməzdi. Qruplar halında hərəkət edərək “Vışka” deyilən ərazidən Hadrut istiqamətinə 60 kilometr məsafəni yuxusuzluq, yorğunluq və aclığa baxmayaraq qət etdik.

Hadruta çatanda sübh çağı idi. Həyəcan siqnalı çalınırdı, mülki əhali qəsəbəni tərk edirdi. Biz mülki şəxslərlə döyüşmürdük. Təxminən dörd saat müşahidə apardıqdan və tapşırıqları dəqiqləşdirdikdən sonra ertəsi gün Hadrut istiqamətində hücuma keçdik.

Tapşırığa əsasən qəsəbənin bütün tərəfləri qruplar halında nəzarətə götürülməli idi. Mənim istiqamətim Hadrutun mərkəzi küçələrindən biri idi. Düşmən bizə pusqu qurdu, snayper və iriçaplı silahlarla atəş açdılar. Lakin manevr edərək onların yerləşdiyi mövqeləri müəyyənləşdirdik, əl qumbaraları və yaxın məsafəli atəşlə onları məhv etdik. Sonra tapşırığa uyğun olaraq mərkəzə çatdıq və düşmənin “notarius” adlandırdığı binanın üzərində üçrəngli bayrağımızı dalğalandırdıq. Bayrağımızı görən düşmən daha da azğınlaşdı, mövqeyimizə bir dəqiqə ərzində 7-8 minaatan mərmisi atılırdı. Amma biz qorxmadan, çəkinmədən, qələbə ruhu ilə irəliləyirdik.

Hadrut daxilində hər tərəfdən düşmən qüvvələri ilə qarşılaşırdıq. Mövqeyimizdə dərə yatağı vardı. Ermənilər Azərbaycan Ordusunun Hadrutda möhkəmləndiyini gördükdən sonra həm Xocavənd, həm də bizim istiqamətə doğru hərəkət edirdilər. Onların qarşısını almaq üçün 10-a yaxın post qurmuşduq. Gecələr gecəgörmə cihazları ilə müşahidə aparır, düşmən 8–12 nəfərlik qruplarla yaxınlaşdıqda pusquya salıb məhv edirdik. Yaralılarını xilas etməyə gələn qüvvələr də yerindəcə zərərsizləşdirilirdi.

Növbəti gün Hadrut ətrafındakı strateji yüksəkliklərin azad olunması tapşırığı verildi. Bir neçə yüksəkliyi düşməndən təmizlədikdən sonra qarşıda strateji nöqtə qalırdı. Oradan bir yol Xocavəndin mərkəzinə, digəri Qırmızı Bazar istiqamətinə, Tuğ kəndinə aparırdı. Bu yüksəkliyi almaq üçün hərəkət etdikdə pusquya düşdük. Düşmən bütün növ ağır silahlardan atəş açırdı. Qızğın döyüş zamanı minaatan mərmisi nəticəsində şəhid və yaralılarımız oldu. Lakin əzmkarlıq göstərərək həmin strateji yüksəkliyi düşməndən azad etdik. Mən ön cəbhədə qrup komandirinin yaxınlığında düşməni atəş altında saxlayırdım. Komandirdən göstəriş aldım ki, şəxsi heyətə kömək üçün atəş istiqamətinə yaxınlaşım. Düşmən Hadrutdan sızaraq arxamızdan pusqu qurmağa çalışırdı. Mövqemi möhkəmləndirdim və sağ istiqamətdən sızmağa çalışan bir neçə düşmən hərbçisini məhv etdim. Lakin 150 metr məsafədən düşmən snayperi məni hər iki ayağımdan vurdu.

Sol diz oynağım və sağ bud nahiyəmdən yaralandım. Mövqedə qaldım, çünki strateji yüksəkliyi artıq azad etmişdik. Döyüş yoldaşlarım ilkin tibbi yardım göstərərək məni təxliyə etdilər. Əvvəlcə Horadizdəki hospitala, sonra Füzuliyə, daha sonra helikopterlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparıldım. Aldığım xəsarətə görə 2021-ci ildə ordu sıralarından tərxis olundum. O şərəfli günlərin üzərindən beş il keçsə də, hər anı yaddaşımdadır. Bu gün biz şanlı Zəfərin beşinci ildönümünü qeyd edirik. Müqəddəs amal naminə canından keçən qəhrəman silahdaşlarımın xatirəsini dərin ehtiramla yad edir, şanlı tariximizin bir parçası olmaqdan qürur duyuram”.

Qeyd edək ki, 2008–2021-ci illərdə Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edən Kamran Babayev Vətən müharibəsində Kəlbəcər, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasında iştirak edib. O, Prezident İlham Əliyevin sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri