Icma.az
close
up
RU
Qazilərə Qarabağda ev verilə, müavinətləri artırıla bilər KONKRET

Qazilərə Qarabağda ev verilə, müavinətləri artırıla bilər KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsi iştirakçıları və qazilərin sosial təminatı məsələsi yenidən gündəmə gəlib. Xüsusilə onların Qarabağ bölgəsində dövlət hesabına mənzillə təmin olunması ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Bəs bu kateqoriyadan olan şəxslər üçün Qarabağda ayrıca mənzil proqramının həyata keçirilməsi məqsədəuyğundurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, qazilər üçün Qarabağ bölgəsində ayrıca mənzil təminatının həyata keçirilməsini düzgün hesab etmir.

Onun sözlərinə görə, Qarabağın öz sakinləri var və ilk növbədə onların doğma yurdlarına qayıdışı təmin olunmalıdır:

“Düşünmürəm ki, qazilər üçün Qarabağ bölgəsində mənzil təminatı həyata keçirilməlidir. Çünki Qarabağın öz sakinləri var. İlk növbədə həmin ərazilərin sakinləri geri köçürülməlidir. Onların kəndləri, yaşayış məntəqələri bərpa olunmalıdır”.

T.Abbaslı qeyd edib ki, Azərbaycan vətəndaşları, o cümlədən qazilər ölkənin istənilən bölgəsində yaşamaq hüququna malikdirlər:

“Kimsə istəsə, təkcə qazi yox, hər bir Azərbaycan vətəndaşı ölkənin istənilən bölgəsində yaşaya bilər. Əgər dövlət qazilərimizə əlavə imtiyaz təqdim etmək istəyirsə, onların veteranlıq müavinətlərini artırsın. Hazırda 80 manat olan məbləğin təxminən 250 manat civarına qaldırılması daha məqsədəuyğun olardı. Eyni zamanda qazilər yaşadıqları ərazilərdə, istər Bakı, istərsə də regionlarda imtiyazlı şərtlərlə və ya tam ödənişsiz mənzillə təmin oluna bilərlər”.

T.Abbaslı vurğulayıb ki, Qarabağın bərpası və məskunlaşması prosesində prioritet yerli sakinlərə verilməlidir və bu prinsip qorunmalıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 May 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri